Almaniyadan Ermənistana deportasiya olunmuş şəxsləri daşıyan daha bir çarter reysi gəlib.
Bu barədə Sputnik Ermənistan-ın xəbərində deyilir.
Xəbərə görə, təyyarənin Ermənistana çatdıqdan sonra yenidən geriyə - Almaniyaya uçduğu nəzərə alınarsa, təyyarədə yalnız Ermənistan vətəndaşları olub.
Agentlik bildirir ki, bu, 2026-cı ildə Almaniyadan Ermənistana edilən üçüncü deportasiya reysidir. Fevral ayında daha iki uçuş həyata keçirilib. Onlardan biri Gürcüstan vətəndaşlarını daşıyıb.
SAMİRƏ