AZ

Avstraliyada tapıntı: Daşdan 240 milyon illik fosil çıxdı

Avstraliyada təqaüddə olan fermer Mihail Mihailidis bağında istinad divarı hörmək üçün aldığı adi bir qum daşının içində nadir bir fosil olduğunu üzə çıxarıb. Daşı çevirdiyi zaman qeyri-adi izlər görən Mihailidis tapıntını Avstraliya Muzeyinə təhvil verib.Metbuat.az xəbər verir ki, muzeydə aparılan araşdırmalar nəticəsində həmin qalıqların dinozorlardan da əvvəl yaşamış, Trias dövrünə aid təxminən 240 milyon illik nəsli kəsilmiş amfibiya olduğu müəyyən edilib. Alimlər bu canlıya “Arenaerpeton supinatus” adını veriblər. Görünüşcə qədim salamandrları xatırladan bu yırtıcı amfibiya güclü bədən quruluşuna və ov tutmaq üçün uyğunlaşmış iti dişlərə malik olub.Paleontoloqlar fosilin bu qədər mükəmməl şəkildə – hətta yumşaq toxuma izləri ilə birlikdə – qorunmasını olduqca nadir və “mükəmmələ yaxın” bir hadisə kimi qiymətləndirirlər. Onların sözlərinə görə, bu tip qalıqlar adətən tez parçalanan mühitlərdə demək olar ki, tamamilə məhv olur.

Təxminən 1,2 metr uzunluğunda olduğu düşünülən bu qədim yırtıcının iki böyük kütləvi yoxoluş dövrünü keçmiş canlı qruplarının təkamülünü anlamaqda mühüm rol oynayacağı bildirilir.

Seçilən
59
metbuat.az

1Mənbələr