AZ

Tramp administrasiyası Rusiya neftinin satışına icazəni yeniləməyib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyadan bəzi neft növlərinin alınmasına icazə verən xüsusi lisenziyanın müddətinin bitməsinə imkan verib.

Bizimyol.info xəbər verir ki, bu icazə müəyyən növ rus neftini sanksiyalardan müvəqqəti çıxarıb. Qərar qlobal enerji bazarında gərginliyin artdığı və yanacaq qiymətlərinin sürətlə yüksəldiyi bir dövrdə verilib.

Lisenziyanın bitməsi Vaşinqtonun qısa müddət ərzində qadağan edilmiş neftin müəyyən həcmində alışa icazə verdiyi dövrü başa çatdırır. Belə müvəqqəti istisnalar mart və apreldə verilib və yalnız artıq tankerə yüklənmiş neftə şamil olunurdu. "Bloomberg"in məlumatına görə, son lisenziya 16 mayda bitib.

Ağ Evin sanksiya güzəştləri əvvəlcə Avropa tərəfdaşları arasında mübahisələrə səbəb olub. Onlar hesab edirdilər ki, sanksiyalar sərt qalmalıdır, Moskva enerji satışından gəlir əldə etmək imkanından məhrum etməlidir. Tənqidçilər bildirirdilər ki, hətta müvəqqəti dəniz nəqliyyatı icazələri Rusiyanın əlavə gəlir əldə etməsinə səbəb olub, xüsusən də dünya neft qiymətləri sürətlə artdığı bir vaxtda.

Digər tərəfdən, Hindistan və İndoneziya icazələrin uzadılmasını tələb edib. İran ətrafında gərginlik və Hörmüz boğazının demək olar ki, tam bağlanması dünya bazarında gündəlik milyonlarla barel neft itkisinə səbəb olub. Brent neftinin qiyməti kəskin artıb, bu isə qlobal benzin və dizel yanacağının bahalaşmasına gətirib çıxarıb.

Əvvəlcə maliyyə naziri Skott Bessent güzəştlərin dayandırıldığını elan etmiş, lakin iki gün sonra yenidən icazə vermişdi. ABŞ hökuməti həmçinin xarici gəmilərə limanlar arasında neft daşımalarına icazə verib və bəzi daxili yanacaq keyfiyyət standartlarını müvəqqəti ləğv edib. Ekspertlər hesab edirlər ki, Tramp administrasiyası gələcəkdə yenidən Rusiyadan neft alınması üçün müvəqqəti icazələr verə bilər.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
bizimyol.info

1Mənbələr