AZ

Rayon sakinləri öz zəhməti ilə dağın başında stadion tikir - VİDEO

Şamaxı sakinlərinin futbola həvəsi «cücərib».

Rayonun kənd camaatı sözü bir yerə qoyaraq, qollarını çırmalayıb.

Yerli əhalinin köməyi və iştirakıyla dağ başında meydança salınmasına başlanılıb. Əraziyə traktor və digər texniki vasitələr cəlb olunub.

Onlar yeri şumlayıb və hamarlayıb. Düz hala gətirilən sahə xətlənib, qapılar qoyulub.

İşlər sürətlə aparıldığından, artıq iyun ayında buranın hazır vəziyyəti gətirilməsi gözlənilir.

Meydança yeniyetmə və gənclərin asudə vaxtını futbolla keçirməsi üçün nəzərdə tutulub. Həmçinin kəndlərarası yarışların təşkili planlaşdırılıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
23
sportinfo.az

1Mənbələr