AZ

"Endrikin “Lion”da qalması çətin görünür"

“Lion” baş məşqçisi Paulo Fonseka icarə əsasında komandada çıxış edən hücumçu Endrikin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, Fonseka bildirib ki, Endrikin “Lion”da qalması çətin görünür:

“Endrikin burada, ‘Lion’da qalması çətin olacaq. ‘Real Madrid’ onu mütləq geri qaytarmaq istəyəcək. Bu normaldır. Onun burada göstərdiyi çıxışlardan sonra o, ‘Real Madrid’ səviyyəsində futbolçu olduğunu sübut edib”, - deyə mütəxəssis mətbuat konfransında bildirib.

Braziliyalı futbolçu hazırda "Real Madrid"dən icarə əsasında Fransa təmsilçisində çıxış edir.Cari mövsümdə Endrik bütün turnirlərdə 20 oyuna çıxaraq 8 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Real Madrid” ilə müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.

Seçilən
49
90deqiqe.az

1Mənbələr