AZ

Vens: Xarici terror qrupları ABŞ büdcəsindən maliyyə əldə etmiş ola bilər

ABŞ-ın vitse-prezidenti Cey Di Vens xarici terror qruplarının fırıldaq yolu ilə ABŞ büdcə vəsaitlərindən faydalanmış ola biləcəyini bildirib.

 

O, “Fox News”a müsahibəsində bəzi qeyri-qanuni miqrantların dövlət yardımlarını alaraq həmin vəsaitləri Latın Amerikası narkokartellərinə yönləndirdiyini iddia edib.

 

ABŞ administrasiyası bu kartellərin bir qismini terror təşkilatı hesab edir.

 

APA

Tarix: 16 May 2026, 23:01   
Seçilən
49
5
pravda.az

6Mənbələr