Hazırda heç bir futbolçu ilə rəsmi razılaşmamız yoxdur. Bir çox oyunçu ilə danışıqlar aparırıq. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.
News365.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda "İmişli"yə qalib gəldikləri matçdan (3:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
“Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar”, - Q.Qurbanov qeyd edib.
O, Bədavi Hüseynova yeni müqavilə təklif olunub-olunmayacağı ilə bağlı suala isə cavabında bildirib:
“Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq”.