AZ

Qurban Qurbanov: "Əsas heyətdən gedəcək futbolçular var"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın gələcək planları və əsas heyətdən ayrılacaq futbolçular barədə danışıb.
 
Moderator.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə "İmişli" ilə keçirilən matçdan sonrakı mətbuat konfransında məlumat verib.
 
Baş məşqçi heyətdə dəyişikliklərin qaçılmaz olduğunu, lakin hazırda ad çəkməyin doğru olmadığını bildirib:
 
"Əsas heyətdən gedəcək futbolçular var, amma indidən konkret ad açıqlamaq düzgün çıxmaz. Həmin oyunçuların siyahısı özümdə var. Vaxtı gələndə klubun rəsmi saytında hər biri növbə ilə ictimaiyyətə açıqlanacaq".
Seçilən
60
4
moderator.az

5Mənbələr