AZ

Qurban Qurbanov: "Əsas heyətdən gedəcək futbolçular var"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın gələcək planları və əsas heyətdən ayrılacaq futbolçular barədə danışıb.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "İmişli" ilə keçirilən matçdan sonrakı mətbuat konfransında məlumat verib.

Baş məşqçi heyətdə dəyişikliklərin qaçılmaz olduğunu, lakin hazırda ad çəkməyin doğru olmadığını bildirib:

"Əsas heyətdən gedəcək futbolçular var, amma indidən konkret ad açıqlamaq düzgün çıxmaz. Həmin oyunçuların siyahısı özümdə var. Vaxtı gələndə klubun rəsmi saytında hər biri növbə ilə ictimaiyyətə açıqlanacaq".

Seçilən
15
4
olke.az

5Mənbələr