AZ

ABŞ konkret cavab istədi, Nəqvi İrana yollandı

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ABŞ-İran arasında danışıqlar sənədinin tamamlanması üçün Tehrana səfər edib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” pakistanlı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi danışıqlar sənədinin konkret bəndləri üzrə cavab istəyib. Bu səbəbldən Nəqvi konkret razılaşmanın əldə olunması üçün İrana yollanıb.

Mənbələrin sözlərinə görə, həll olunmamış məsələlər, o cümlədən nüvə məsələsi üzrə danışıqlar üçün "qapı açıqdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
1
axar.az

2Mənbələr