Azpost saytına istinadən ain.az xəbər verir.
İranda antibiotiklər və sonsuzluğun müalicəsində istifadə olunan preparatlar da daxil olmaqla bir sıra dərman vasitələrinin qıtlığı qeydə alınıb.
Bu barədə İran mətbuatı məlumat yayıb.
Agentliyin məlumatına əsasən, apteklərdə “Cldinium-C”, “Asentra”, bəzi antibiotiklər və süni mayalanma (EKO) zamanı istifadə olunan estradiol valerat preparatı çatışmır.
Dərman qıtlığı fonunda preparatların qiyməti kəskin artıb. Belə ki, rəsmi qiyməti təxminən 840 min rial olan “estradiol valerat” qeyri-rəsmi bazarda 5–17 milyon riala satılır.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.