AZ

Həkimi Kadir İnanırın sağlamlıq durumunu AÇIQLADI FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Mayın 15-də vəziyyəti pisləşdikdən sonra Beşiktaşdakı xəstəxanaya aparılan və reanimasiyaya yerləşdirilən məşhur aktyor Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayılıb.Bizim.Media “ensonhaber.com”a istinadla xəbər verir ki, xəstəxana aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma olduğunu, lakin bir müddət reanimasiyada qalacağını bildirib.Kadir İnanırin həyat yoldaşı Jülide Kural sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlamasında onun ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirildiyini bildirib.“Təəssüf ki, Kadir soyuqdəymə keçirdi. Soyuqdəymə səbəbindən ağciyərlərində infeksiya yarandı. Bu gün vəziyyəti daha yaxşıdır. Həkimləri yaxşılaşdığını, lakin daha diqqətli olması üçün reanimasiyada müşahidə altında saxlamaq məcburiyyətində olduqlarını bildirdilər. İki gündən sonra adi palataya köçürüləcək”, - Jülide Kural deyib.Xanımı, həmçinin siqaret çəkməyin sənətçinin sağlamlığına mənfi təsir etdiyini bildirərək, “Onun ən böyük düşməni siqaretdir, ümid edirəm ki, tərgidər” deyə vurğulayıb.Sənətkar Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı ilk açıqlamanı onun həkimi, professor Dr. Hüsnü Görgen verib:“Dünən xəstəxanamıza qəbul edilən xəstəmiz Kadir İnanır, pnevmoniyanın yaratdığı tənəffüs çətinliyi səbəbindən tibbi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirildi. Müalicəsi reanimasiya şöbəsində davam edir və intubasiyaya ehtiyac olmadan qeyri-invaziv tənəffüs dəstəyi alır. Ümumi vəziyyəti yaxından izlənilir və dünəndən bəri klinik vəziyyətində qismən yaxşılaşma müşahidə olunur. O, bir müddət reanimasiya şöbəsində müşahidə altında qalacaq”.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
4
bizim.media

5Mənbələr