AZ

İsrail HƏMAS komandirinin öldürüldüyünü açıqladı

İsrail ordusu Qəzza şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın komandiri İzzəddin əl-Həddadın öldürüldüyünü açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
 
İsrail tərəfi onu 7 oktyabr hücumlarının təşkilatçılarından biri adlandırıb. IDF iddia edir ki, əl-Həddad son dövrlərdə HƏMAS-ın hərbi potensialının bərpası və İsrail hərbçilərinə, eləcə də mülki şəxslərə qarşı yeni hücumların planlaşdırılması ilə məşğul olub.
 
İsrail ordusunun məlumatına görə, o, həmçinin HƏMAS-ın əlində saxlanılan israilli girovların nəzarət sistemində mühüm rol oynayıb və öz təhlükəsizliyini təmin etmək məqsədilə ətrafında girovlar saxlayıb.
 
Açıqlamada qeyd olunur ki, İzzəddin əl-Həddad HƏMAS-ın ən uzun müddət fəaliyyət göstərən komandirlərindən biri olub və təşkilata yaranmasının ilk illərində qoşulub.
Seçilən
33
3
moderator.az

5Mənbələr