AZ

ABŞ Fidel Kastronun qardaşını ələ keçirmək üçün əməliyyata hazırlaşır?


ABŞ Kuba İnqilabının lideri Fidel Kastronun qardaşı, ordu generalı Raul Kastronun ələ keçirilməsi üçün əməliyyat təşkil edilməsini istisna etmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Daha əvvəl “CBS News” telekanalı ABŞ-nin 94 yaşlı Kastroya qarşı 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən “Brothers to the Rescue” mühacir təşkilatına məxsus iki təyyarəni vurması hadisəsi ilə əlaqədar ittihamlar irəli sürməyə hazırlaşdığını bildirmişdi.
Digər tərəfdən, “The New York Times” qəzeti Amerika rəsmilərinin ABŞ-nin Kubada “Venesuela ssenarisi”ni həyata keçirməsi ehtimalını nəzərdən keçirdiklərini bildirib.
Qəzet qeyd edib ki, Kubada əməliyyatla bağlı yekun qərar hələ verilməyib. Qəzetdəki bir neçə mənbə isə hesab edir ki, belə bir əməliyyat ABŞ rəhbərliyi tərəfindən təsdiqlənməyəcək, ancaq Kastronun ələ keçirilməsi ilə bağlı təhlükə Kuba hakimiyyətini Vaşinqtona güzəştə getməyə inandıra bilər.
Seçilən
21
2
yeniavaz.com

3Mənbələr