AZ

Çin və ABŞ bu məsələdə razılığa gəldi

Çin və ABŞ bir sıra mallara qarşı rüsumları qarşılıqlı olaraq azaltmaq barədə razılığa gəliblər.Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Çinin Kommersiya Nazirliyinə istinadən xəbər verib. Məlumata əsasən, tərəflər kənd təsərrüfatı sektoru da daxil olmaqla ticarəti genişləndirmək məqsədilə bu cür tədbirlərə əl atıblar. Lakin bəyanatda rüsumların azaldılacağı malların siyahısı yoxdur; tərəflər hələ də detalları müzakirə edirlər.

Kommersiya Nazirliyi həmçinin ABŞ-ın Çinə kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı iddialarını da nəzərdən keçirəcəyini qeyd edib.

Seçilən
36
2
metbuat.az

9Mənbələr