AZ

“Sabah” baş məşqçi Rimas Kurtinaytis ilə yollarını ayırdı

"Sabah" Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytis ilə yollarını ayırıb.

Bu barədə 90deqiqe.Az-a Bakı təmsilçisindən məlumat verilib.

Tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bildirilib ki, qərar litvalı mütəxəssisin qarşıdakı dövrdə kişilərdən ibarət Litva milli basketbol komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyi nəzərə alınaraq qəbul edilib.

Qeyd edək ki, Rimas Kurtinaytisin rəhbərliyi altında “Sabah” son dörd mövsümdə ardıcıl olaraq Azərbaycan Basketbol Liqasının çempionu olub.

Seçilən
57
90deqiqe.az

1Mənbələr