AZ

4 il əvvəl hantavirus la bağlı edilən paylaşım viral oldu FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"X" (keçmiş “Twitter”) sosial şəbəkəsində "iamasoothsayer" adlı istifadəçinin 2022-ci ildə etdiyi və "hantavirus" infeksiyasının 2026-cı ildə baş qaldıracağını rəsmən öncədən xəbər verən paylaşımı “virus” kimi yayılıb.Bizim.Media xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb."iamasoothsayer" adlı istifadəçinin ismarışı olduqca qısadır. Belə ki, paylaşımda 2023-cü ildə koronavirus pandemiyasının başa çatdığı, 2026-cı ildə isə "hantavirus"la bağlı nəsə baş verəcəyi yazılıb.

 

Xəbərin dərc olunduğu ana qədər həmin post 400 mindən çox bəyənmə və 151 min təkrar paylaşım (repost) toplayıb. Paylaşımın populyarlığı artıq 3 nəfərin həyatına son qoymuş kruiz gəmisindəki "hantavirus" alovlanması fonunda kəskin artıb.

Hazırda müxtəlif ölkələrin sanitariya xidmətləri, xəstəliyin yayılması rəsmən təsdiqlənməmişdən əvvəl layneri tərk edən sərnişinləri təqib edirlər. Rəsmi qurumların məlumatına görə, sərnişinlər 12 fərqli ölkədən gəliblər. Göyərtədə ilk yoluxma halı mayın 2-də təsdiqlənib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
bizim.media

3Mənbələr