AZ

MPL: “Şamaxı” “Turan Tovuz”a qalib gəldi

Misli Premyer Liqasının 32-ci turunda “Şamaxı” “Turan Tovuz”la qarşılaşıb.

İki sahil” yazır ki, oyunun 9-cu dəqiqəsində Arsen Ağcabəyov hesabı açıb. 28-ci dəqiqədə isə Dioqo Balau meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib.

65-ci dəqiqədə Vadji İbrahima fərqi minimuma endirdiyi qarşılaşmanın 73-cü dəqiqəsində Alexandro Serrano “Turan Tovuz”un bərabərlik qolunu vurub. Lakin 83-cü dəqiqədə Abdulla Rzayev yenidən meydan sahiblərini hesabda önə çıxarıb – 3-2.

Misli Premyer Liqası,

32-ci tur

16 may (şənbə)

17:00. “Şamaxı” 3-2 “Turan Tovuz”

Qollar: Arsen Ağcabəyov, 9 (1-0), Dioqo Balau, 28 (2-0), Vadji İbrahima, 65 (2-1), Alexandro Serrano, 73 (2-2), Abdulla Rzayev, 83 (3-2)

Baş hakim: Rəvan Həmzəzadə

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
30
ikisahil.az

1Mənbələr