AZ

“Mançester Siti” Joau Neveşlə maraqlanır

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Mançester Siti”klubu Portuqaliya millisinin və PSJ klubunun 20 yaşlı yarımmüdafiəçi Joau Neveşi transfer etməkdə maraqlıdır.

İdman.Biz xəbər verir ki, PSJ yarımmüdafiəçini 100 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.

Məlumata görə, İngiltərə klubu artıq futbolçunun vəziyyətini yaxından izləyir və mümkün transfer variantlarını nəzərdən keçirir. Paris təmsilçisi isə gənc portuqaliyalını komandanın vacib oyunçularından biri hesab edir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr