AZ

Əfqan əmirinin çadırından Londona: Xaqani Şirvaninin kitabı satışa qoyuldu VİDEO

ain.az bildirir, Lent az portalına istinadən.

Dahi Azərbaycan şairi Xaqani Şirvaninin kitabı Böyük Britaniyanın paytaxtı Londonda satışa qoyulub.

Lent.az xəbər verir ki, söhbət şairin məşhur "Töhfətül İraqeyn" əsərindən gedir.

Londonda olan bir həmyerlimiz nadir kitabların satıldığı mağazada olarkən Şirvaninin sözügedən əsərini də görüb. Onun sözlərinə görə, əsər12-ci əsrdə yazılsa da, bu əlyazma 17-ci əsrə, Səfəvilər dövləti zamanına aiddir. Məlumata görə, kitab 19-cu əsrin sonlarında Qəndənəhar müharibəsindən sonra Əfqanistanın o vaxtkı əmiri Əyyub xanın çadırında tapılaraq, Londona aparılıb.

Kitabın qiyməti 5 min funt-sterlinq (təxminən 11 min 358 manat) təşkil edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
lent.az

2Mənbələr