AZ

Reşfordu "Real"a gətirmək istəyir

Gələn həftə “Real Madrid”in baş məşqçisi kimi təqdim olunacaq Joze Mourinyo, “Mançester Yunayted”ə məxsus, icarə əsasında “Barselona”da oynayan Markus Reşfordu transfer etmək istəyir.

Publika.az “The Independent”ə istinadən xəbər verir ki, Mourinyo Reşfordu “Mançester Yunayted”də keçirdiyi iki il yarımlıq mövsümdən tanıyır. Portuqaliyalı mütəxəssis 28 yaşlı ingilislə yenidən işləmək istəyir.

Reşford özü “Kamp Nou”da qalmaq istəyir, amma “Blaugrana” onu 30 milyon avroya almağa hazır deyil.

Mourinyonun rəhbərliyi altında “Mançester Yunayted” Avropa Liqasını və İngiltərə Liqa Kubokunu qazanıb, Reşford isə “Qırmızı şeytanlar”ın heyətində iki mövsüm ərzində 24 qol vurub.

Seçilən
18
publika.az

1Mənbələr