AZ

Dünya çempionu üçün növbəti şans

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Manuel Noyer növbəti dəfə dünya çempionatında iştirak edə bilər."Football-plus.az" xəbər verir ki, “Bavariya”nın qapıçısı bu yay keçiriləcək turnir üçün Almaniya yığmasının ilkin heyətinə cəlb olunub. Baş məşqçi Yulian Nagelsmann 40 yaşlı qapıçını 55 nəfərlik genişləndirilmiş siyahıya daxil edib. Noyer Nagelsmannın yekun seçim edəcəyi beş qapıçıdan biridi.Xatırladaq ki, DÇ-2014-ün qalibi olan Manuel 2024-cü ilin avqust ayında milli komandadakı karyerasını başa vurduğunu rəsmən elan edib. Buna baxmayaraq, onun fikrini dəyişəcəyi ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr