ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bombardmanlar gələn həftə yenidən başlaya bilər
ABŞ və İsrail İran ərazisinə zərbələrin bərpasına fəal şəkildə hazırlaşır. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Yaxın Şərq mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bombardmanlar gələn həftə yenidən başlaya bilər.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra onun ən yaxın müttəfiqləri İrana zərbələri bərpa etmək üçün plan hazırlayıblar.
Trampın yeni hücumlarla münaqişədəki "dalan" vəziyyəti pozmağa çalışacağı təqdirdə hazırlıqlar görülür.
NYT mənbələrinə görə, zərbələrin bərpası barədə qərar qəbul edilərsə, İranın hərbi obyektlərinin və infrastrukturunun bombalanması daha aqressiv olacaq. Başqa bir ssenari nüvə materiallarının axtarışı üçün xüsusi təyinatlı qüvvələrin bölmələrinin göndərilməsini əhatə edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.