AZ

Trampın psixi və fiziki vəziyyəti ilə bağlı narahatlıqlar artır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-da prezident Donald Trampın sağlamlığı ilə bağlı müzakirələr güclənib. Son narahatlıq səbəbi Oval kabinetdə baş verən hadisə olub: ana sağlamlığı mövzusunda keçirilən tədbirdə Tramp masanın arxasında bir neçə saniyə yuxulayırmış kimi görünüb.

Bizimyol.info xəbə verir ki, "Reuters" agentliyi bu anı lentə alıb, Ağ Evin rəsmi hesabı isə bunun sadəcə göz qırpma olduğunu bildirib.

36 həkim – nevroloq, psixiatr və psixoloq – açıq məktubla prezidentin psixi vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edib. Məktubda Trampın danışıq tərzi, impulsiv davranışları, siyasi mövqelərində kəskin dəyişikliklər və “maniakaya bənzər hallar” diqqətə çatdırılıb.

Ekspertlər vurğulayırlar ki, şəxsi müayinə olmadan diaqnoz qoymaq etik deyil və “Goldwater qaydası” buna yol vermir. Buna baxmayaraq, Trampın davranışları klinik yoxlanışın vacibliyini göstərir.

Sosial şəbəkələrdə prezidentin əlindəki şişlər, ayaq biləklərində ödem və qeyri-sabit gedişi də geniş müzakirə olunur.

Xəbərlərdə həmçinin qeyd olunur ki, Trampın Pekin səfəri zamanı Çin lideri Si Cinpinq ilə gərgin əl sıxışma anları olub. Prezident səfərin sonunda Tayvanın müstəqilliyinə qarşı mövqeyini ifadə edib və ABŞ-ın müttəfiqinə Çin tərəfindən hücum olarsa yardım etməyəcəyinə işarə edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
icma.az

1Mənbələr