AZ

Trampdan ŞOK Çin əmri: Hədiyyələri zibil qutusuna atın - Video

ABŞ prezidenti Donald Tramp Çinə səfərdən geri qayıdarkən ameriaklı nümayəndə heyətinə görünməmiş təhlükəsizlik protokolu tətbiq edib.

Ölkə.az xəbər verir ki, Donald Tramp Çində səfərd olan bütün ABŞ nümayəndə heyətinə "hədiyyələri atmağı" tapşırıb. 

ABŞ mediası Trampın belə bir qətiyyətli addım atmasının səbəbi kimi kiber casusluqdan narahat olması göstərilib.

Tramp belə bir gözlənilməz  tapşırığı Air Force One təyyarəsinə minməzdən  əvvəl verib. "Çindən təyyarəyə heç nə gətirilməyəcək. Ev sahibləri tərəfindən verilən bütün hədiyyələr, suvenirlər, yaxa sancaqları və akkreditasiya nişanları hava limanındakı zibil qutularına atılacaq", - Tramp göstəriş verib.

Trampın bu qərarı böhrana səbəb olub.

İki ölkə arasında yüksək gərginlikli münasibətlər və kibertəhlükəsizlik narahatlıqları ilə kölgədə qalan səfərdə texnoloji təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Nümayəndə heyətinin üzvlərinin Çinə girməzdən əvvəl bütün şəxsi telefonlarını, planşetlərini və noutbuklarını ABŞ-da qoyduqları məlum olub. Səfər zamanı yalnız ABŞ kibertəhlükəsizlik agentlikləri tərəfindən xüsusi olaraq hazırlanmış, məhdud girişli müvəqqəti, təmiz telefonlardan istifadə edilib.

Diplomatik əlaqələr zamanı rəqəmsal sızmaların qarşısını almaq üçün ünsiyyətin əsasən çap olunmuş sənədlər vasitəsilə aparıldığı qeyd edilib. ABŞ kəşfiyyatının qələm, şarj cihazı və ya elektron aksesuarlar kimi hədiyyələrə dinləmə cihazlarının və ya məlumat sızdıran mikroçiplərin yerləşdirilməsi ehtimalına qarşı diqqətli olduğu vurğulanıb.

İstifadə edilən müvəqqəti cihazların taleyi təhlükəsizlik protokolunun ciddiliyini vurğulayib. Rəsmilər bildiriblər ki, bu cihazlar ABŞ-a qaytarıldıqdan sonra yoxlanılmaq əvəzinə, birbaşa məhv edilmək üçün toplanıb.

Uzun illərdən sonra baş tutan bu yüksək səviyyəli təmasa baxmayaraq, hədiyyə böhranı və görülən fövqəladə kibertəhlükəsizlik tədbirlərinin Vaşinqton və Pekin arasındakı dərin etimadsızlığı bir daha təsdiqlədiyi deyilir. Davam edən ticarət müharibələri və texnoloji rəqabət fonunda baş verən bu hadisə, qlobal diplomatiyanın hazırda tamamilə təhlükəsizlik narahatlıqlarının kölgəsi altında aparıldığının ən bariz sübutudur.

Mürtəza

Seçilən
22
1
olke.az

2Mənbələr