Banqkokda yük qatarı avtobusla toqquşub.
Moderator.az-ın xəbərinə görə, hadisə barədə "Matchon" qəzeti məlumat verib.
Məlumata görə, qəza nəticəsində ən azı altı nəfər həyatını itirib.
Bildirilir ki, avtobus alovlanıb və yanğınsöndürənlər onu söndürmək üçün çalışırlar. Yaralılara tibbi yardım göstərilir və onların dəqiq sayı müəyyənləşdirilir.