AZ

İrəvandan Putinin "ağıllı boşanma" təklifinə cavab: Yaxşı başa düşürük və qərar veriləcək

Ermənistan eyni zamanda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olmağın qeyri-mümkünlüyünü çox yaxşı başa düşür və belə bir ehtiyac yarandıqda Ermənistan vətəndaşları müvafiq qərarı verəcəklər.

Ölkə.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan  Ermənistanın AİB-dən çıxıb-çıxmayacağı və respublikanın hər iki ittifaqın üzvü olmasının qeyri-mümkünlüyü nəzərə alınmaqla bu məsələ ilə bağlı referendum keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

"Ermənistanın həm AİB, həm də Aİ üzvü ola bilməyəcəyini çox yaxşı başa düşürük və gələcəkdə müvafiq qərar qəbul etməli olduğumuz aydındır. Üstəlik, bu məsələ ilə bağlı qərarı, əlbəttə ki, Ermənistan vətəndaşları verəcək. Hazırda belə bir ehtiyac yoxdur", - Qriqoryan qeyd edib.

Qriqoryan həmçinin Ermənistanın AİB-in tamhüquqlu üzvü olduğunu, konstruktiv əməkdaşlıq etdiyini və müzakirələrdə və qərar qəbuletmə proseslərində tam iştirak etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin  mayın 9-da  İrəvan Aİ və ya AİB-ə qoşulmaq məsələsinə mümkün qədər tez qərar verməlidir, onda "ağıllı boşanma" mümkün olacağını qeyd edib.

Mürtəza

Seçilən
49
3
olke.az

4Mənbələr