AZ

“Azərbaycan türk dünyasının birlik və inkişafına təkan verən avanqard dövlətlərdən biridir”

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“...Ailəmiz olan türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı səsləndirib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Azərbaycan dövlətinin türk dünyasının birliyinə və tərəqqisinə böyük töhfələr verdiyini bildirib:

“Azərbaycan hər zaman türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfələr verib, bu istiqamətdə sistemli fəaliyyət ortaya qoyub. Cənab Prezident dəfələrlə öz çıxışlarında bu barədə ətraflı bəhs edib, konkret nümunələr səsləndirib. Ölkəmiz bu gün də türk dövlətləri ilə iqtisadi, siyasi, mədəni, nəqliyyat və s. müstəvilərdə əlaqələrin inkişafına böyük önəm verir, bununla bağlı nəhəng layihələr həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan türk dünyasının birlik və inkişafı istiqamətində mühüm addımlar atan avanqard ölkələrdən biridir.

İnanıram ki, türk dünyasının birliyi və tərəqqisi istiqamətində atılan addımlar yaxın gələcəkdə daha ciddi nəticələr verəcək və biz türk dünyası ailəsinin dünyanın nüfuzlu strateji güc mərkəzlərindən birinə çevrilməsinə şahid olacağıq. Və bu bizə türk dünyasının maraqlarını daha etibarlı şəkildə qorumağa imkan verəcək”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
moderator.az

2Mənbələr