AZ

Arıqlamağın yeni üsulu tapıldı: Hər gün soyuq duş qəbul etmək və ya buzlu jilet geyinmək çəkini azaldır

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

İstanbulda keçirilən Avropa Piylənmə Konqresində təqdim olunan yeni elmi araşdırma artıq çəki ilə mübarizədə inqilabi üsul ortaya qoyub. Nottinqem Universiteti və Niderlandın Leyden Universiteti Tibb Mərkəzinin (LUMC) alimləri tərəfindən aparılan birgə tədqiqat göstərir ki,  bədənin müntəzəm olaraq soyuq temperatura məruz qalması piy qatının əriməsinə birbaşa kömək edir.Demokrat.az xəbər verir ki, piylənmə və artıq çəkidən əziyyət çəkən 47 yetkin şəxs üzərində aparılan araşdırma çərçivəsində iştirakçıların bir qisminə hər səhər iki saat ərzində daxilində dondurulmuş gel paketləri olan xüsusi buzlu jiletlər geyindirilib. Buzlu jilet üsulu necə təsir edir?Cəmi 6 həftə davam edən sınaqların nəticəsi alimləri də təəccübləndirib:Piy itkisi: Jilet geyinən şəxslər heç bir pəhriz saxlamadan orta hesabla 0.9 kq çəki itiriblər və bu itki demək olar ki, tamamilə bədən piyindən gedib.Nəzarət qrupu: Eyni rejimdə yaşayan, lakin soyuğa məruz qalmayan digər qrup isə bu müddətdə orta hesabla 0.6 kq çəki qazanıb.Qonur piy toxumasının aktivləşməsi: Tədqiqatın həmmüəllifi, professor Helen Badc bildirir ki, gündəlik soyuq dalğası bədəndəki "qonur piy" toxumasını hərəkətə gətirir. Qonur piy isə bədəni qızdırmaq üçün digər zərərli piy ehtiyatlarını yandıraraq kalorilərin xərclənməsini sürətləndirir.Ürək xəstəliklərindən qorunma: Soyuq terapiyası bədəndəki lipid və qlükoza səviyyəsinə müsbət təsir göstərir, iltihabı azaldır və ürək-damar xəstəliklərinin qarşısını alır.Soyuq duş da eyni effekti verirmi?Tədqiqat rəhbəri Dr. Mariette Boon qeyd edir ki, ev şəraitində tətbiq edilən bu üsul arıqlamaq üçün həm sadə, həm də tamamilə xərcsiz strategiyadır. Alimlər hazırda daha bir sınaq keçirərək hər səhər 90 saniyə ərzində ən soyuq dərəcədə duş qəbul etməyin piy qatına təsirini araşdırırlar. İlkin fərziyyələrə görə, soyuq duş və soyuq suda üzmək də bədəndə bənzər metabolik sürətlənmə yarada bilər.Jalə 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
demokrat.az

1Mənbələr