AZ

Misir piramidaları ilə bağlı SENSASİON KƏŞF Gizli keçid hara aparır? FOTO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Misirin Giza piramidaları ilə bağlı yeni kəşf alimlərin diqqətini cəlb edib. Belə ki, Menkaure piramidasında iki gizli boşluq aşkarlandığı bildirilir.Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Qahirə Universiteti və Münhen Texniki Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada piramidanın xüsusi daş bloklarının arxasında hava ilə dolu sahələr müəyyən edilib.Tədqiqat ScanPyramids layihəsi çərçivəsində radar, ultrasəs və elektrik müqaviməti kimi piramidaya zərər verməyən üsullarla həyata keçirilib.

 

Alimlərin sözlərinə görə, aşkar edilən boşluqlar təsadüfi yerdə deyil, piramidanın xüsusi memarlıq hissəsində yerləşir. Bu isə burada ikinci girişin ola biləcəyi ehtimalını yenidən gündəmə gətirib.

Mütəxəssislərin fikrincə, boşluqlar gizli keçidə aid ola bilər, lakin bunun tikinti texnikasından yaranmış daxili boşluq olması ehtimalı da istisna edilmir.Araşdırma göstərir ki, Giza piramidaları hələ də cavabsız qalan çoxsaylı sirrləri özündə saxlayır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
bizim.media

2Mənbələr