AZ

Gözlənilən müqavilə rəsmiləşdi

Braziliya yığmasında çoxdan gözlənilən müqavilə rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, Milli komandanın baş məşqçisi Karlo Ançelottinin müqaviləsinin müddəti uzadılıb. Braziliya Futbol Konfederasiyasının saytının məlumatına görə, italiyalı mütəxəssis yığmaya 2030-cu ildə keçiriləcək dünya çempionatının sonunadək rəhbərlik edəcək.

Milli komanda 66 yaşlı mütəxəssisin rəhbərliyi altında ümumilikdə 10 matç keçirib. Braziliyalılar 5 oyunda qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 3 dəfə məğlub olublar.

Seçilən
26
1
football-plus.az

2Mənbələr