AZ

Reanimasiyaya yerləşdirilən 77 yaşlı Kadir İnanırın SON VƏZİYYƏTİ AÇIQLANDI

Əfasanəvi aktyor Kadir İnanır yenidən xəstəxanaya yerləşdirilib. Uzun müddətdir səhhət problemləri yaşayan məşhur aktyorun ötən gecə vəziyyətinin pisləşdiyi və həkim nəzarətinə götürüldüyü bildirilib.

BAKU.WS xəbər verir ki, ona ilkin tibbi müdaxilə edildikdən sonra reanimasiya şöbəsinə köçürülüb.

İstanbuldakı Fulya Acıbadem Xəstəxanasının həkimləri aktyorun vəziyyətini diqqətdə saxlayırlar.

İnanırın sevgilisi Jülide Kural onun səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, Kadir İnanır soyuqlayıb və bu səbəbdən ağciyərlərində infeksiya yaranıb:

"Bu gün vəziyyəti daha yaxşıdır. Həkimlər bildirirlər ki, səhhətində yaxşılaşma var, amma ehtiyatlı davranmaq lazımdır. Reanimasiyada hər an nəzarətdə saxlamaq mümkündür. Bir neçə günə adi palataya köçürülməsi planlaşdırılır".

Jülide Kural həmçinin aktyorun siqaret istifadəsinin sağlamlığına mənfi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, son vaxtlar siqaret istifadəsi artdığı üçün bu vəziyyət yaranıb.

Hazırda Kadir İnanırın müalicəsi davam edir və sənətçinin vəziyyətinin stabilləşdiyi qeyd olunur.

Xatırladaq ki, Kadir İnanır 24 mart 2024-cü ildə beyninə laxta atması səbəbindən xəstəxanaya aparılmış və uzun müddət müalicə almışdı.

Seçilən
26
far.az

1Mənbələr