Milli Məclisin deputatı Naqif Həmzəyevin sosial şəbəkədə paylaşdığı foto maraqla qarşılanıb.
Pravda.az-ın xəbərinə görə, o, fotoya şair Şəms Təbrizinin şeirindən qeyd yazıb:
“Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün; bəzən ağlamaq lazım gəlir, açılmaq üçün; bəzən də susmaq lazım gəlir, eşitmək üçün”.
Sabiq deputat Musa Musayev isə belə fikir bildirib: “Ən yaxşısı susmaqdır. Danışdım acısını çəkdim!”
N.Həmzəyev isə ona cavab olaraq “Hər şey yerində və qədərində faydalıdır” bildirib.
Əminə Bayramova
Tarix: 16 May 2026, 14:50