AZ

Ərdoğan şəxsən yeni mərhələni elan etdi! Artıq MİT işə qarışıb

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rəcəb Tayyip Erdoğan Türk Dövlətləri Təşkilatı-nın qeyri-rəsmi zirvə toplantısını və Qazaxıstanda keçirilən ikitərəfli görüşləri başa vurduqdan sonra İstanbula qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, o, çıxışında NATO Zirvə Toplantısı, bələdiyyə başçılarının siyasi keçidləri, 15 yaşdan kiçiklər üçün sosial media məhdudiyyətləri və yeni konstitusiya ilə bağlı məsələlərə toxunaraq müxtəlif mesajlar verib.

O bildirib ki, “Terrorizmdən azad Türkiyə” istəyini dəstəkləməyənlər bu prosesdən məmnun qalmayacaq.

Ərdoğan əlavə edib ki, kəşfiyyat orqanları tərksilah prosesini sürətləndirmək üçün işlərini davam etdirir: “Biz qətiyyətliyik, onlara bu fürsəti verməyəcəyik. Niyyətimiz yaxşıdır və yolumuz haqqdır.”

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr