AZ

Makqreqor UFC yə qayıdır: Tarix və rəqib bəlli oldu

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrlandiyalı qarışıq döyüş sənəti ustası (MMA) Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat verib.

Məlumata görə, Makqreqor ABŞ-li Maks Holloue ilə döyüş keçirəcək, irlandiyalı UFC ilə danışıqların son mərhələsindədir. Təşkilatın iki çəki kateqoriyasında keçmiş çempionunun qayıdışının iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirində baş tutması gözlənilir. Qeyd edilir ki, döyüş yarımyüngül çəkidə olacaq. pizza mizza

Xatırladaq ki, mart ayında Makqreqor UFC-yə qayıtmaq niyyətini təsdiqləyib.

Makqreqor 2021-ci ilin yayından - ABŞ-li Dastin Poryeyə texniki nokautla məğlub olduğu vaxtdan bəri döyüşməyib. Həmin döyüşdə irlandiyalının ayağı sınıb. Karyerası ərzində Makqreqor ümumilikdə MMA-da 28 döyüş keçirib ki, onlardan 22-də qələbə qazanıb və 6 dəfə məğlub olub. O, yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionudur./Oxu.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
4
yenisabah.az

5Mənbələr