AZ

"İmtahanda heç bir çətinlik görmədim" -60 bal toplayan müəllim

Naxçıvan Muxtar Respublikasında 11 may tarixində fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya fənləri üzrə təhsilverənlərin sertifikatlaşdırma imtahanı həyata keçirilib. 

Belə ki, imtahanda maksimum (60 bal) nəticə göstərənlərdən biri də Ordubad şəhər tam orta internat məktəbin tarix müəllimi Nuranə Abdullayevadır. 

Redaktor.az xəbər verir ki, azedu.az bu münasibətlə Nuranə Abdullayeva ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

2007-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan Nuranə müəllim imtahanda heç bir çətinlik çəkmədiyini dilə gətirib:

"Ordubad şəhər tam orta internat məktəbində tarix müəllimi kimi çalışıram, eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edirəm. Ümumilikdə təxminən 19 ilə yaxındır bu sahədəyəm. 2021-ci ildə keçirilən sertifikasiya imtahanında da iştirak etdim, o zaman 44 bal topladım, müsahibə mərhələsində isə 40 bal əldə etdim. Sonrakı imtahan üçün isə xüsusi hazırlıq demək olar ki, keçməmişəm, sadəcə kurikulumla bağlı materiallara baxmışam. Ayrıca hazırlıq prosesi olmayıb".

İmtahanda sualları görəndən sonra anladım ki, bunlar mənim gündəlik dərs prosesində işlədiyim səviyyədədir:

"Heç bir çətinlik çəkmədim. Mənə elə gəlirdi ki, daha çətin suallar olacaq, amma belə olmadı. İmtahan üçün 120 dəqiqə vaxt verilmişdi, amma mən təxminən 45 dəqiqəyə artıq 50-ci suala çatdım. Sonra vaxtım olduğu üçün bütün sualları yenidən yoxladım.”

“Orada kurikulumla bağlı 2-3 sual bir az düşündürücü idi, oxşar variantlar vardı, onlara bir az daha çox vaxt sərf etdim. Ümumilikdə yüksək nəticə gözləyirdim, amma tam maksimuma inanmaq çətin idi. Təxminən 58 bal hədəfləmişdim. Sertifikasiya imtahanını müsbət qiymətləndirirəm. Çünki müəllimlər ən azı 5 ildən bir öz üzərlərində işləmək imkanı qazanır, zəif tərəflərini görüb düzəldirlər".

2
Seçilən
4
2
redaktor.az

3Mənbələr