AZ

Kənan Doğulu hotel videosu ilə şantaj edilir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin tanınmış müğənnisi Kenan Doğulu naməlum şəxslər tərəfindən şantaj edilib.Türkiyə mediasının yaydığı məlumata görə, sənətçiyə göndərilən mesajda ondan 300 min dollar tələb olunub. Bildirilib ki, əks halda həm özünə, həm də yaxınlarına zərər veriləcək.Şantaj mesajında “otel videoları” və avtomobildə etdiyi danışıqla bağlı görüntülərin əllərində olduğu iddia edilib. Mesajda pulun göstərilən hesaba köçürülməsi tələb olunub.Hadisənin ciddiliyini nəzərə alan Kenan Doğulu hüquq-mühafizə orqanlarına müraciət edib. Müğənni ifadəsində həyatının təhlükədə olduğunu bildirərək, “Həyati təhlükəsizliyim yoxdur” sözlərini işlədib.Aparılan araşdırmalar zamanı mesajın göndərildiyi nömrənin xarici ölkəyə aid olduğu müəyyənləşdirilib.İstintaqın yekununda isə cinayətin cəhd mərhələsində qaldığı və şübhəli şəxsin müəyyən edilmədiyi əsas gətirilərək iş üzrə xitam qərarı verildiyi bildirilib.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr