Bu günədək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Far.Az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.
"Bu güclü qlobal reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılmasına yönəlmiş ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır", - məlumatda vurğulanıb.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.