AZ

Türkiyənin Samsun şəhərində naməlum PUA küçəyə düşüb

Hadisə nəticəsində evlərə ziyan dəyib, PUA-nın mənsubiyyəti araşdırılır...

Poliqon xəbər verir ki, Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində naməlum pilotsuz uçuş aparatı yaşayış məntəqəsinə düşüb. Hadisə şənbə günü səhər saatlarında şəhərin Kazım Karabəkir rayonunda qeydə alınıb.

Məlumata görə, mənsubiyyəti hələ müəyyən edilməyən pilotsuz uçuş aparatı küçələrdən birinə düşərək ətrafdakı tikililərə zərər vurub. Hadisə nəticəsində iki yaşayış evinin dam örtüyü zədələnib, həmçinin pəncərələrin şüşələri sınıb.

Türkiyənin DHA agentliyinin yaydığı məlumata əsasən, hadisə yerinə polis və xüsusi xidmət əməkdaşları cəlb olunub. Ərazi mühafizəyə götürülüb və təhlükəsizlik tədbirləri gücləndirilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, pilotsuz uçuş aparatının uzunluğu təxminən 1 metrdir. Hazırda ekspertlər aparatın texniki xüsusiyyətlərini və hansı məqsədlə istifadə edildiyini araşdırırlar. PUA-nın haradan gəldiyi və kimə məxsus olduğu isə hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info

Seçilən
57
34
poliqon.info

10Mənbələr