Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə növbəti köç karvanı yola salınıb.
KONKRET.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə 10 ailə – 33 nəfər, Təzəbinə kəndinə 10 ailə – 60 nəfər, Xanabad kəndinə 9 ailə – 33 nəfər, Ballıca kəndinə 4 ailə – 22 nəfər, Xanyurdu kəndinə 4 ailə – 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə -13 nəfər köçürülüb.