Sibiqanın sözlərinə görə, Ukrayna tribunalın Haaqa şəhərində fəaliyyət göstərəcəyi ilə bağlı rəsmi təsdiq alıb.
"Biz müəyyən siyasi siqnallar almışıq. Tribunal yalnız Avropa ilə məhdudlaşmamalı, qlobal xarakter daşımalıdır. Bu, ədalətin təmin olunması baxımından çox vacibdir", - deyə ukraynalı nazir vurğulayıb.
Məlumata görə, mayın 15-də Moldovada keçirilən Avropa Şurasına üzv 46 ölkənin xarici işlər nazirlərinin toplantısında 36 ölkə və Avropa İttifaqı Ukraynaya qarşı təcavüz cinayətini araşdıracaq xüsusi tribunalın yaradılması ilə bağlı genişləndirilmiş sazişə qoşulmaq niyyətini ifadə edib.
Tribunalda iştirak etmək istəyənlər arasında Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland, İsveç, Ukrayna və digər Avropa ölkələri ilə yanaşı, Avropa İttifaqı, Avstraliya və Kosta-Rika da yer alır.