AZ

Yol qəzasında yaralanan daha bir azərbaycanlı öldü -Foto

Gürcüstanın Qardabani rayonunda baş verən dəhşətli yol qəzasında ağır yaralanaraq xəstəxanaya yerləşdirilən daha bir gənc həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze yerli mediaya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, yaralı gəncin həyatını xilas etmək üçün əməliyyat keçirilsə də, həkimlərin səyləri nəticə verməyib:
“Xəstəyə cərrahi müdaxilə olundu, travmatologiya şöbəsində bütün zəruri prosedurlar aparıldı. Lakin əməliyyatlardan sonra axşam saatlarında pasiyent vəfat etdi”, – deyə Papuna Baxtadze bildirib.

Beləliklə, Qardabanidə baş verən ağır yol qəzasında ölənlərin sayı 8-ə yüksəlib.
Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində həyatını itirən gənclərdən 5-nin Qaraçöp elindən, 3-nün isə Qardabanidən olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırma aparılır.

Seçilən
2
2
editor.az

3Mənbələr