"mygov" platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir. Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar artıq "mygov" platformasına inteqrasiya olunub. Yeni inteqrasiya dövlət xidmətlərinin ayrı-ayrı sistemlərdən vahid rəqəmsal platformaya keçidi istiqamətində atılan növbəti addımlardandır.
Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalararasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa"mygov" üzərindən yararlana biləcəklər. Bununla yanaşı, xidmətlərin daha əlçatan, sürətli və istifadəçi yönümlütəqdim olunması vətəndaş təcrübəsinintəkmilləşdirilməsinə xidmət edir.
"mygov" platformasına inteqrasiya olunan nəqliyyatxidmətləri və məlumatı aşağıdakılardır:
• Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış
• Sürücülük vəsiqəsinin dəyişdirilməsi
• Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış
• Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı
Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin"Xidmətlər" bölməsindəki "Nəqliyyat" kateqoriyasıvasitəsilə, veb portalda isə "Daxili İşlər Nazirliyi" bölməsini seçərək keçid edə bilərlər. Eyni zamandanəqliyyat vasitəsinin texniki baxış məlumatınapıatformanın məlumatlar bölməsində baxa bilərlər.
"Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış" xidməti vətəndaşlaranəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatıoperativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilərmüvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrəmövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər.
"Sürücülük vəsiqəsinin dəyişdirilməsi" xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsalformada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatlarınyoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyənedilməsi və ödəniş mərhələlərinin vahid platformaüzərindən icrasına imkan yaradır. Müraciəttamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur.
"Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış" xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsininzədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydadaformalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruriməlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrəbaxılmaq üçün göndərilir və arayış hazır olduqdaplatforma üzərindən təqdim edilir.
"Nəqliyyat vasitəsinin texniki baxışı" məlumatı isə artıq "mygov" platformasında rəqəmsal formadaəlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texnikibaxış məlumatlarını platforma üzərindən baxa və istifadəedə bilərlər.
"mygov" mobil tətbiqini yükləmək üçün keçid:
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
· LinkedIn
· Facebook
· Instagram