AZ

Prestianninin qorxduğu başına gəldi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Canluka Prestianninin qorxduğu başına gəlib. FİFA Argentina yığmasının oyunçusuna tətbiq olunan cəzanı qloballaşdırıb."Football-plus.az" xəbər verir ki, “Reuters”in məlumatına görə, “Benfika”nın 20 yaşlı vingerinə verilən 6 oyunluq cəza artıq bütün rəsmi beynəlxalq turnirlərə şamil olunacaq. Xatırladaq ki, gənc futbolçu Çempionlar Liqasının pley-off mərhələsində fevralda “Real”la keçirilən oyunda Vinisius Juniora qarşı irqçi davranışa görə UEFA tərəfindən cəzalandırılıb. İndi isə bu sanksiya FİFA-nın qərarı ilə qlobal xarakter alıb.Bu səbəbdən Prestianni Argentina yığmasının heyətinə çağrılarsa, DÇ-2026-nın ilk oyunlarını buraxmalı olacaq. Amma Canlukanın bu yay keçiriləcək mundialda iştirak ehtimalı azdı. Yeri gəlmişkən, o, indiyədək milli formanı 2025-ci ildə yalnız bir oyunda geymək imkanı qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr