AZ

Prestianninin qorxduğu başına gəldi

Canluka Prestianninin qorxduğu başına gəlib. FİFA Argentina yığmasının oyunçusuna tətbiq olunan cəzanı qloballaşdırıb.

"Football-plus.az" xəbər verir ki, “Reuters”in məlumatına görə, “Benfika”nın 20 yaşlı vingerinə verilən 6 oyunluq cəza artıq bütün rəsmi beynəlxalq turnirlərə şamil olunacaq.

Xatırladaq ki, gənc futbolçu Çempionlar Liqasının pley-off mərhələsində fevralda “Real”la keçirilən oyunda Vinisius Juniora qarşı irqçi davranışa görə UEFA tərəfindən cəzalandırılıb. İndi isə bu sanksiya FİFA-nın qərarı ilə qlobal xarakter alıb.

Bu səbəbdən Prestianni Argentina yığmasının heyətinə çağrılarsa, DÇ-2026-nın ilk oyunlarını buraxmalı olacaq. Amma Canlukanın bu yay keçiriləcək mundialda iştirak ehtimalı azdı. Yeri gəlmişkən, o, indiyədək milli formanı 2025-ci ildə yalnız bir oyundageymək imkanı qazanıb.

Seçilən
36
1
football-plus.az

2Mənbələr