Mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə may ayının 20-də həyata keçiriləcək.
Qeyd edək ki, pensiyaçılar mayın 20-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra bilərlər.