AZ

Smartfon alanların ilk etdiyi iş bu olur

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yeni smartfon alarkən bildirişlərin söndürülməsi ilk qoşulma zamanı ən vacib mərhələ hesab olunur.Demokrat.az xəbər verir ki, texnologiya sahəsi üzrə ixtisaslaşmış "Android Authority" nəşrinin oxucuları arasında apardığı sorğu nəticəsində bu məlum olub.Üç minə yaxın istifadəçinin qatıldığı sorğuda iştirakçıların təxminən 50 faizi yeni telefonun hazırlığına məhz bildirişləri nizamlamaqla başladıqlarını bildiriblər. Cihaz sahibləri hansı tətbiqlərin onlara bildiriş göndərə biləcəyini, hansıların isə bu imkandan məhrum ediləcəyini diqqətlə seçirlər.İkinci yerdə ana ekranın interfeys seçimi qərarlaşıb ki, istifadəçilərin 24 faizi ilk növbədə bu dəyişikliyi edir. Respondentlərin təxminən 9 faizi isə idarəetməni asanlaşdırmaq üçün dərhal qısayol düymələrini və kombinasiyaları təyin etdiyini vurğulayıb.İstifadəçilərin təxminən 8 faizi isə təhlükəsizlik məqsədilə dərhal tətbiqlərin icazələr bölməsini açaraq proqramların daxilolma imkanlarını məhdudlaşdırır. Ekspertlər də proqramlara digər tətbiqləri quraşdırmaq, mesajları və kontaktları oxumaq icazəsi verməyin olduqca təhlükəli olduğunu xatırladırlar.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
demokrat.az

1Mənbələr