AZ

“Sabah”ın futbolçusu: “Çempionlar Liqasında hər şey rəqibdən asılı olacaq”

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"UEFA Çempionlar Liqasında necə çıxış edəcəyimizi zaman göstərəcək". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu İvan Lepiniça deyib.Xorvatiyalı yarımmüdafiəçi komandasının qitənin bir nömrəli klub turnirinin təsnifat mərhələsinə vəsiqə qazanmasını yüksək dəyərləndirib və bu mərhələnin həm futbolçular, həm də klub üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:"Püşkatma zamanı düşən rəqiblərdən çox şey asılı olacaq. Hansı komanda ilə qarşılaşacağımız vacib amildir. Amma düşünürəm ki, belə mötəbər turnirdə iştirak həm bizim, həm də klub üçün çox yaxşı təcrübədir. Bu səviyyədə oyunlar hər futbolçu üçün böyük fürsətdir".26 yaşlı oyunçu avrokuboklarda uğurlu çıxış etmək üçün əllərindən gələni edəcəklərini də sözlərinə əlavə edib:"Klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacağıq. Bu, hamımız üçün möhtəşəm hissdir. Çalışacağıq ki, bu imkandan maksimum yararlanaq və layiqli çıxış edək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
sport24.az

1Mənbələr