Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İspaniyanın “Barselona” futbol klubu İspaniya La Liqasında tarixi rekorda imza atmağa çox yaxındır.
İdman.Biz xəbər verir ki, kataloniyalılar növbəti turda “Real Betis” üzərində qələbə qazanacaqları halda çempionat tarixində bütün ev oyunlarını qalibiyyətlə başa vuran ilk komanda olacaqlar.
Hazırda “Barselona” cari mövsümdə öz meydanında keçirdiyi 18 matçın hamısında qalib gəlib. Komanda bu görüşlərdə rəqib qapılarından 54 top keçirib, cəmi doqquz qol buraxıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.