AZ

futbolçuya Mənim rəhbərliyim altında bir dəqiqə belə oynamayacaqsan

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Madrid "Real"ının məşqçilər korpusunda çalışan Alvaro Arbeloanın bəzi futbolçularla münasibətlərində gərginlik yaşandığı iddia olunub.

BAKU.WS "Championat.com"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yanvarda komandanın baş məşqçi postuna təyin edildikdən sonra müdafiəçi Fransisko Qarsiyaya sərt mesaj verib.

Bildirilir ki, Arbeloa futbolçuya "Mənim rəhbərliyim altında bir dəqiqə belə oynamayacaqsan" deyib.

Mənbənin yazdığına əsasən, məşqçi ilə digər cinah müdafiəçisi Alvaro Karreras arasında da problem yaranıb. Futbolçunun bəzi taktiki qərarları sorğulamasından sonra Arbeloanın ona "Onda özün məşqçi lisenziyası al" cavabını verdiyi qeyd olunub.

Qeyd edək ki, Arbeloanın komandaya gəlişindən sonra 26 yaşlı Fransisko Qarsiya bütün turnirlərdə 10 oyunda meydana çıxıb. Müdafiəçinin "Real"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
baku.ws

2Mənbələr